Paşinyan: Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir
29-10-2022, 20:04

Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının qurultayında Qərb ölkələrinin “ Qarabağ məsələsi ilə bağlı” təklifləri Ermənistan üçün qəbuledilməz deyil.

AZİNFORM.AZ xəbər verir ki, onun sözlərinə görə, bir neçə təklif var, o cümlədən Ermənistan-Azərbaycan məsələsinin “ Qarabağdan bəhs edilmədən” həlli təklifidir.

“Başqa bir yanaşma ondan ibarətdir ki, gəlin Qarabağ məsələsini həll edək . Amma belə olan halda sual yarana bilər ki, bu tərəflərdən hansı onu Azərbaycanın bir hissəsi hesab edir, hansı hesab etmir”, - deyən dövlət başçısı qeyd edib ki, dünya birliyi, istisnasız olaraq bütün dövlətlər onu Azərbaycanın bir hissəsi hesab edir.

Sülhün bərqərar olmasına gəlincə, Paşinyan qeyd edib ki, əvvəlcə hansı fövqəl dövlətlərin sazişlərin həyata keçirilməsinə zəmanət verdiyini və sülhün bərqərar olmasına kömək etdiyini başa düşməlisiniz.





up