Ordumuzun 2 əsgəri HƏLAK OLDU
24-10-2022, 19:34

Azərbaycan Ordusunun hərbi qulluqçusu avtomat silahdan açılmış atəş nəticəsində həlak olub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb.

Məlumata görə, oktyabrın 24-ü saat 11 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər 1999-cu il təvəllüdlü Kazımov Mayıl Ramiq oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda araşdırma aparılır.

***

Cəlilabadda əsgərin intiharı faktı araşdırılır.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, 2003-cü il təvəllüdlü əsgər Murad Şahbazovun oktyabrın 23-də yaşadığı Cəlilabad rayonu, Günəşli kəndində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.





up