Milli Kitabxanada “Mirvarid Dilbazi” adlı virtual sərgi açılıb
19-08-2022, 10:35

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Mili Kitabxanasının əməkdaşları tərəfindən “Mirvarid Dilbazi” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZİNFORM.AZ-a bildirilib ki, virtual sərgidə Mirvarid Dilbazi haqqında rəsmi sənədlər, fotolar, kitablar və məqalələr nümayış olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mirvarid_Dilbazi/index.htm linkindən istifadə edə bilərlər.





up