14-15 yaşında qızlarımız erkən nikaha daxil olurlar - Ruhi Əliyeva
2-12-2023, 14:37

“Qadına şiddətə son” layihəsi 8-ci ildir baş tutur. Çox təəssüf ki, qadına şiddət, qadın zorakılığı hələ də davam edir. “Qadına şiddət” deyəndə ilk olaraq gözümüzün qarşısına fiziki və mənəvi zorakılıq gəlir.

Bu sözləri “Liatris Holdinq”in rəhbəri, iş xanımı Ruhi Əliyeva deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda öz ayaqları üzərində duran, sözünü deyən qadınlarımız da var:

“Düşünürəm ki, cəmiyyətə hansısa mənada mesajlar verə biləcəyik. Biz nə edə bilərik ki, cəmiyyətimizdə qadınlarımız şiddətə məruz qalmasınlar? Qadın təhsilli olmalıdır, öz hüquqlarını qorumağı bacarmalıdır. Bizə tez-tez bölgələrimizdən məktublar gəlir, ailələr övladlarına təhsil verə bilmirlər. 14-15 yaşında qızlarımız erkən nikaha daxil olurlar; təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər”.

İş xanımı televiziyalarda qadınlar və uşaqlar üçün heç bir maarifləndirici verilişin olmadığını da vurğulayıb.





up