Azərbaycan məktəblərində Qərbi Azərbaycan tarixi necə tədris olunur? - VİDEO
8-10-2023, 23:19

“Dərsliklərimizdə Qərbi Azərbaycan tarixi ilə bağlı kifayət qədər geniş məlumat olmadığı üçün şagirdlər çətinlik çəkirlər”.

Bu sözləri paytaxt məktəblərinin birinin direktor müavini Fatma Əliyeva Baku TV-də yayımlanan Qərbi Azərbaycan Xronikası layihəsinə açıqlamasında bildirib.

O, gələcəkdə Azərbaycan tarixi kitablarında Qərbi Azərbaycanla bağlı daha geniş məlumatların olmasını diləyib:

“Şagirdlərin ən gözəl təhsil vasitəçisi kitabdır. Məlumatları dərslikdən oxuduqları zaman onları daha yaxşı mənimsəyirlər”.

Dərslik müəllimi Hafiz Cabbarlı mövzu ilə bağlı bildirib ki, həm müəllimlər, həm də şagirdlər Qərbi Azərbaycan tarixinə həssaslıqla yanaşmalıdırlar:

“İstər müəllimlər, istərsə də şagirdlər bu tarixin tədris edilməsində, mənimsənilməsində daha həvəslə və məqsədyönlü çalışılmalıdırlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:





up