Millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva onunla bağlı sosial şəbəkədə paylaşım edib.
AZİNFORM.AZ xəbər verir ki, o şəxsi insatqram hesabında deputatla fotosunu yayımlayaraq Ramiz Rövşənin "Ayrılıq" şeirini yazıb:
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
"Ölmədim" deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
AZİNFORM.AZ