“Ermənilər mənə Los-Ancelesdən, Marseldən, San-Fransiskodan, Leypsiqdən yazırlar. Çoxları kitablarımı oxuyub, çıxışlarımı görüb. Mən üç il əvvəl demişdim ki, Sarkisyan yalan danışır. Sonra Şahnazarov məni dəstəklədi”.
AZİNFORM.AZ-ın Yenisabah.az-a istinadla məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq yazıçısı Çingiz Abdullayev ermənilərin Qarabağı tərk etmsindən danışarkən deyib. O, Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməyənləri sakitcə çıxıb getməyə çağırıb:
“Eyni ölkədə azərbaycanlılar və ermənilər, türklər və ermənilər yaşaya bilər. İndi erməni anklavının sakinlərinə baxın. Cır-cındır içində, dilənçi, ac, dişsiz... Nə əldə etdiniz? Köçəryanı və Sarkisyanı milyonçu etdilər? Bəs minlərlə insan nə əldə etdi? İndi dünya qəsdən görmək istəmir ki, bizim polislər yollarda qalan bu bədbəxt insanlara necə yemək, su paylayırlar...
Yetər! İstəmirəm ki, min il döyüşək. Qarabağ Azərbaycan ərazisidir. Bu kimin xoşuna gəlmirsə, sakit və insidentsiz çıxıb gedə bilər. Yetər insanların əziyyəti, yetər təsəllisiz dul qadınlar, ağlayan analar. Otuz üç il əvvəl “Qara Yanvar” kitabında bütün anaların eyni cür ağladığını yazmışdım. Görün nə qədər təxribatçılar, əclaflar var ki, iki xalqı yenidən bir-birinə qarşı qoymaq istəyirlər”.
AZİNFORM.AZ