Xalq artistləri bir araya gəlib Annanı təbrik etdilər - VİDEO
18-09-2023, 15:38

Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun ad gününü Bakıda qeyd edib.

AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, Y. Eyvazov video çəkərək onun üçün “Ad günün mübarək” mahnısı oxuyub.

Görüntülərdə Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə də yer alıb. Onlar teatrda içki süfrəsi ətrafında sağlıq deyiblər, Annanı təbrik ediblər.

Həmin görüntüləri Netrebko instaqram hesabında yayımlayıb. 





up