Hiçkokun quşlar barədə qorxu filmi real oldu - FOTO
24-05-2023, 19:03

Böyük Britaniyada qağayılar qeyri-qanuni maddələrə aludə olublar və hətta narkotik aludəçilərindən doza oğurlamağa başlayıblar. Bundan sonra isə əsl "psixoqağayıya" çevrilirlər - qəzəblənir, xaotik şəkildə uçur və insanlara çırpılırlar.

AZİNFORM.AZ oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, xüsusən sahil şəhərlərin sakinləri onlardan əziyyət çəkirlər.

Bildirilir ki, quşlar artıq narkomanları tanıyır və onların yaxınlığında olurlar. Özü də onlar xüsusən zərərli maddələrin təsiri altında olan və müqavimət göstərə bilməyənlərdən narkotik oğurlamağa üstünlük verirlər.

Qeyd edək ki, bir çox sakinlər quşların bu hücumlarını məşhur ingilis-amerika kino rejissoru və prodüseri, dəhşət filmlərinin ustası Alfred Hiçkokun "Quşlar" filmindəki hadisələrə oxşadıblar.






up