DİGƏR XƏBƏRLƏR
"Avroviziya 2023" mahnı müsabiqəsinin qalibi müəyyənləşib.
AZİNFORM.AZ xəbər verir ki, Liverpulda keçirilən yarışmada İsveç təmsil edən müğənni Lorin tatu mahnısı ilə qalib olub.
O, tamaşaçılar və münsiflər heyəti tərəfindən ümumilikdə 583 xal toplayıb.
Qeyd edək ki, bu il Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə Liverpul şəhərində 67-ci dəfə təşkil olunan “Avroviziya” mahnı müsabiqəsində 37 ölkə təmsil olunub. Müsabiqədə ölkəmizi Tural və Turan əkiz qardaşları – TuralTuranX “Tell me more” mahnısı ilə təmsil edib.