Liverpulda keçirilə "Avroviziya 2023"ün qalibi İsveç təmsilçisi 583 xalla Loren oldu.
AZİNFORM.AZ xəbər verir ki, mərakeş əsilli isveç müğənnisi 2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsində də iştirak etmiş "Euphoria" adlı mahnı ilə 372 balla müsabiqənin qalibi olmuşdu.
Musiqi ilə yanaşı müğənni eyni zamanda insan hüquqlarının qorunması sahəsində siyasi fəaliyyət göstərir. Səyahət etdiyi müxtəlif ölkələrdə Loren ölkənin siyasi məhbusları, insan haqları fəalları ilə görüşlər keçirir.
O ifa etdiyi "Tattoo" mahnısı ilə hamını qabaqlayaraq (583 xal) ilk pillədə yer alıb. İfaçı həm tamaşaçıların, həm də münsiflərin yüksək səsini qazana bilib. İkinci yerdə isə Finlandiya təmsilçisi qərarlaşıb (523 xal). İlk üçlüyü İsrail tamamlayıb (362 xal).