Məşhur aktyor VƏFAT ETDİ
8-05-2023, 19:27

Teatr və kino aktyoru, “Nika” və “Qızıl maska” mükafatlarının laureatı Sergey Dreyden 81 yaşında Sankt-Peterburqda vəfat edib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Böyük Dram Teatrının (BDT) mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Dreyden iki "Qızıl maska" (2000, 2001), üç "Qızıl Sofit" (1998, 2011, 2012) və Rusiya Kinematoqrafiya Sənətləri Akademiyasının "Nika" mükafatının sahibidir. 2010). 2021-ci ildə “Peterburqun teatr sənətinə uzun illər xidmətinə və töhfəsinə görə” mükafatına layiq görülüb.







up