"Heydər Əliyev dedi ki, sən çoxdan Xalq artisti olmalısan" - VİDEO
5-05-2023, 23:21

Xalq artisti Leyla Şıxlinskaya Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

AZİNFORM.AZ xəbər verir ki, aktrisa "ATV səhər"ə müsahibəsində bunları deyib:

"Heydər Əliyevlə ünsiyyət qurduğum anlar həyatımın bəlkə də ən xoşbəxt və əvəzolunmaz anlarından olub. O, çox təkrarolunmaz insan idi. Onunla çox rahatlıqla incəsənətdən, mədəniyyətdən danışmaq olardı. Böyük siyasətçi idi. Ancaq mədəniyyət nümayəndələri ilə də ünsiyyət qururdu. İncəsənətin bütün sahələrindən xəbərdar olan insan idi. Yadımdadır, Maya Plisetskaya ölkəmizə gəlmişdi. Məndən soruşdu ki, Maya nə dərəcədə böyük balerina idi? Cavab verdim ki, o, sanki Rostropoviç idi. Onu da tanıyırdı, çünki ölkəmizə dəvət etmişdi.

Hər şeylə maraqlanan insan idi. Məndən soruşmuşdu ki, fəxri adın var? Fəxrlə dedim ki, bəli, Əməkdar artistəm. Xalq artisti siyahısı təsdiqlənmişdi. O, qələmi götürüb siyahının başına yazdı: Leyla Şıxlinskaya. Bu, mənim üçün böyük fəxr idi. Dedi ki, "Arşın mal alan" filmindəki Gülçöhrə obrazına görə çoxdan Xalq artisti adı almalısan". /axşam.az/





up