“Kurtlar Vadisi”nin məşhur aktyoru Bakıya gəlir - FOTO
5-05-2023, 23:18

Türkiyənin məşhur aktyoru Turqay Tanülkü Azərbayacan gəlir.

69 yaşlı aktyor mayın 8-də Bakıya səfər edəcək.

Səfər zamanı məşhur aktyor Bakıda təşkil olunacaq bir sıra görüşlərə qatılacaq.

Qeyd edək ki, aktyor Turqay Tanülkü tamaşaçılara “Kurtlar Vadisi” və “Eşkıya Dünyaya Hükümdar Olmaz” seriallarında canlandırdığı Şahin Ağa obrazı ilə tanınır. (demokrat.az)






up