Türk kinosunun ulduzu Türkan Şoray Amasyada keçirilən 6-cı Merzifon Kitab Sərgisinin açılışında sevənləri üçün mahnı oxuyub.
Müsahibədə tanış olduğu pərəstişkarlarının xahişini yerə salmayan sənətkar “Qısqanıram səni” mahnısını ifa edib.
Türkan Şoray kitab oxumağın əhəmiyyətinə toxunub. O, ana olmağa hazırlaşan gənclərə və artıq ana olmuş qadınlara müraciət edərək bildirib ki, onlar övladlarına çox kiçik yaşda kitabı sevməyi və oxumağı öyrətməlidirlər.