Xalq artisti Afaq Bəşirqızı qalmaqal yaşadığı və illərdir küsülü olduğu mərhum Azər Paşa Nemətov barədə danışıb.
AZİNFORM.AZ xəbər verir ki, olay-a danışan sənətçi yaşadığı mübahisələrə görə peşman olmadığını bildirib:
“Azər Paşanı 1-5 ildir deyil tanıyıram. Biz onunla möhkəm dost olmuşuq. Dostluğun hörmətini son günə qədər saxlamışdıq. Mənim üçün bu, gözlənilməz oldu. Çox mütəəssir olmuşam. Amma mənə bir təskinlik var ki, şəxsi ambissiyamız üçün sözləşməmişdik, biz aktyorların ümumi rifahının yaxşılaşması üçün belə bir təklif qaldırmışdım. Təsəvvürümə gətirməzdim ki, Azər Paşa qəfil dünyasını dəyişəcək. İnanmazdım ki, xəstəliyə qalib gələ bilməyəcək, ölüm qarşısında əzmini qıracaq, amma deməli, var. Hərhalda səmimi insan olduğuma inanarsınız. Mənə heç kim bu sözləri dedirdə bilməz. Bir dənə heyfisləndiyim bir şey var. Uzaqdan da olsa, bu yaxınlarda onu bir dəfə görəydim. İndiki dostluğun çox fərqi var bizim zəmanənin dostluğu ilə. Həmişə sənətkarların arasında belə söhbətlər olub. Son ana qədər bir-birimizə hörmətsizlik etmədik - təhqiramiz çıxışlar olmadı”.
Sənətçi sosial mediada A.P.Nemətov barədə status yazan həmkarlarına isə bu məsləhəti verib:
“Heç bir peşmanlığım olmadı. Yenə də necə ki, mənim təklifimi eşidib Prezidentim maaşları qaldırdı, yenə də aktyorlara diqqət göstərəcəyinə əminəm. Peşman deyiləm, umacağım yoxdur. Hansısa hərəkəti edəndə özümə güvənirəm, başqasından heç nə güdmürəm. İctimai həyatda gördüyüm işləri müəyyən adamlar bilirlər. Heç vaxt belə müsahibələr verməmişəm, bundan zövq alıram. Heç birindən narazı deyiləm. Hikmət həddindən ziyadə istedadlı oğlandır. Ona qarşı haqsızlıq olub. Amma yenə deyərdim ki, Hikmət balam (Aktyor Hikmət Rəhimov - red.) elə status yazmazdı. Əgər mən halallıq verirəmsə, onlar da halallıq versinlər. Bu, onların böyüklüyüdür. Allah rəhmət eləsin. Öz halallığımı verdim. Əminəm ki, hər şey yaxşı olacaq!”.