Vəfat edən Xalq artisti rejissorun qızı imiş - FOTO
9-04-2023, 12:43

Xəbər verdiyimiz kimi, Azərbaycan mədəniyyətinə, ölkəmizin teatr ictimaiyyətinə ağır itki üz verib. Görkəmli rejissor, Xalq artisti, Prezident təqaüdçüsü İranə Tağızadə 66 yaşında vəfat edib.

AZİNFORM.AZ
xatırladır ki, İranə Tofiq qızı Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub.
 

1976-1981-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. 

Qeyd edək ki, İrana Tağızadə məşhur aktyor, Əməkdar artist Firdovsi Atakişiyevin həyat yoldaşıdır.

Allah rəhmət eləsin!






up