Qəzaya düşən Mehriban Zəkinin vəziyyəti AÇIQLANDI - VİDEO
31-03-2023, 12:17

Avtomobil qəzası keçirən Xalq artisti Mehriban Zəkinin səhhətindən xəbər var.

AZİNFORM.AZ xəbər verir ki, o, “MTV xəbər”ə açıqlamasında Xalq artistinin səhhəti ilə mütəmadi maraqlandıqlarını bildirib:

“Mehriban xanımla hər gün danışırıq, yanına gedirik. Şükür, vəziyyəti yavaş-yavaş yaxşılaşır. Hələ ki xəstəxanada müalicə alır. Tam sağalana kimi orada qalacaq. Dilarə ilə də danışırlar. Bir-birlərinə dəstək olurlar. Mehriban xanım güclü qadındır. İnanıram ki, o da özünə mənəvi cəhətdən toxtaqlıq verəcək. Təbii ki, əsas sağlamlığıdır. O da düzələcək”.

Sənətçinin vəziyyəti günbəgün daha da yaxşılaşır. Bu barədə Əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev deyib.

Xatırladaq ki, martın 22-də Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.






up