“Mehriban Zəki DTX hospitalındadır, qolunda, qabırğasında...“ - Dilarənin qardaşı
28-03-2023, 15:24

Əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev xalq artisti Mehriban Zəkinin səhhətindən danışıb.

AZİNFORM.AZ xəbər verir ki, Vüsal Murtuzəliyev teleqraf.com-a açıqlamasında deyib ki, o, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalındadır: "Mehriban Zəkini xəstəxanada ziyarət edirik, tez-tez danışırıq. İnşallah, yavaş-yavaş düzələcək. Xəstəxanadan nə zaman çıxacağı bilinmir. Hələ ki müalicələr davam edir. Xəstəxanadan nə vaxt çıxacağını özü də bilmir. Qolunda və qabırğasında çat var".

O, bacısı Dilarə Əliyeva haqda belə deyib: "Toparlanmağa, özünə gəlməyə çalışır".

Vüsal Murtuzəliyev qəza zamanı dünyasını dəyişən Oqtay Əliyevin ölüm səbəbinin araşdırılmasından da danışıb: "Hələ ki analizlərin cavabı məlum deyil. Yaxın günlərdə bilinəcək".





up