"Bu kişi canlı orkestrdir. Bir aparatı var, toya onu aparsın, heç orada orkestr lazım deyil".
AZİNFORM.AZ Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zaur Kamal verlişində qonaq olan müğənni Cavad Rəcəbov barəsində deyib.
Mənzurə Musayeva aparıcının sözünü yarımçıq kəsərək etdiyi açıqlama ilə təəccübləndirib:
"Allaha and olsun toylarda o aparatla başımıza o qədər oyun açıb ki. Özü ifa edəndə o aparatı qoşurdu, biz oxuyanda qoşmurdu. O aparat mütləq lazımdır. Camaat oynayır axı".