“Toppuş bacı”nın ailəsi Mədəniyyət Nazirliyinə MÜRACİƏT ETDİ: Görün NƏ İSTƏDİLƏR
22-01-2023, 21:48

Xəbər verdiyimiz kimi, uzun müddətdir xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva saat 12 radələrində Milli Onkologiya Mərkəzində vəfat edib.

AZİNFORM.AZ xəbər verir ki, aktrisanın ailəsi Bakıda Qurd Qapısı ərazisində yerləşən İkinci Fəxri Xiyabanda dəfn olunmasını istəyir.

Belə ki, sözügedən qəbiristanlıqda fəxri ada layiq görülən incəsənət nümayəndələri torpağa basdırılır. Aktrisanın isə Əməkdar artist fəxri adı var.

Hazırda Tünzalə Əliyevanın ailəsi sözügedən qurumdan cavab gözləyir.

Qeyd edək ki, Tünzalə Əliyevanın 50 yaşı vardı. Onun Röyal adlı bəylə evlilikdən Zəhra adında bir qız övladı var. /bizim.media/





up