"Barışmaq üçün bağışlamaq lazımdır" - Flora Kərimova
2-01-2023, 22:46

"Küsülü olduğum müğənnilər var. Onların sayı isə nə birdir, nə beşdir, nə də on beşdir. Bir deyil, çoxdur".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Fəlidən doğru xəbər" verilişinə qonaq olarkən deyib.

"Barışmaq üçün təbiət lazımdır. Barışa bilmirəm, aram yoxdur. Barışmaq üçün bağışlamaq lazımdır. Lakin taleyim elə gətirdi ki, heç nəyi bağışlaya bilmirəm. Heç kimlə də barışmıram" deyə, müğənni əlavə edib.





up