Mələkxanım Əyyubova: "Dedilər ki, peşə xəstəliyidir" - VİDEO
8-12-2022, 12:09

Xalq artisti Mələkxanım Eyubovanın səhhətində problemlər yaranıb.

AZİNFORM.AZ xəbər verir ki, xanəndə bu haqda "İkinci həyat" proqramında danışıb. O bildirib ki, səhhətindəki problemin səbəbi yaradıcılığı ilə bağlıdır:

"Dedilər ki, peşə xəstəliyidir. Dəf çalıram, barmaqlarım ağrıyır. Səhnədə hündürdaban ayaqqabılar geyinirik, belimizə ağırlıq düşür. Çıxışlarımız zamanı istidən soyuğa və ya əksinə məkana daxil oluruq. Bu da sağlamlığımıza təsir edir. Qan işləmir, boyun və baş ağrıları olur. Onurğam da ağrıyır. Hər zaman masaja üstünlük vermişəm. Gənclik illərimdən bu günə kimi masaja gedirəm. Bu masajlar məni ayaqda saxlayıb. Amma indi problemlər yaranıb. Həkimlər çox zaman deyirdilər ki, gəl ağrıyan hissəni əməliyyat edək. Amma razılaşmıram".

M.Eyubovanın osteoxondrozdan əziyyət çəkdiyi bildirilib.





up