Xalq artisti, sevilən xanəndə Mələkxanım Eyyubova iki gün öncə doğum günün qeyd edib.
AZİNFORM.AZ xəbər verir ki, xanəndəni dövlət qurumları, rəsmi şəxslər təbrik ediblər.
M.Eyyubova bu barədə sosial şəbəkə hesabında paylaşım edərək təşəkkürlərini çatdırıb. Xanəndəni təbrik edənlər arasında Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu da olub.
Qeyd edək ki, Mələkxanım Eyyubova 5 noyabr 1962-ci ildə Şamaxı şəhərində anadan olub.