“Göz bəbəyim”– AzTV-dən 44 günlük müharibəyə aid təsirli film - VİDEO
3-11-2022, 23:40

AzTV 8 Noyabr - Zəfər Gününə həsr olunmuş bədii filmin çəkilişlərini başa çatdırıb.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AZİNFORM.AZ-a verilən məlumatına görə, “Göz bəbəyim” adlı bədii film 44 günlük Vətən müharibəsi fonunda iki gəncin sevgisindən bəhs edir.

Bədii film 8 noyabr saat 18:00-da AzTV-də yayımlanacaq.

Film 5 noyabr saat 19:00-da "Park Cinema Bulvar" kinoteatrında ödənişsiz olaraq nümayiş olunacaq.

“Göz bəbəyim” filminin rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə və icraçı prodüseri Nicat Həsənlinin müsahibəsini təqdim edirik:





up