“Şeir seçimində də, musiqilərimi də demək olar ki, ilk o dinləyib”
13-10-2022, 20:42

“Bacım Matanla (Əqrəb) yeni mahnımızı, duetimizi ərsəyə gətirdik. Bu duet məşhur türk müğənnisi Ahmet Kayanın “Kafama sıkar gederim” mahnısıdır. Bu bizim çox sevdiyimiz mahnıdır. İllərin nəğməsidir. Matanım çox istəyirdi ki, bu mahnını duet oxuyaq. Nəhayət ki, oxuduq. Məncə hamıdan da gözəl oxuduq”

AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Xumar Qədimova deyib. O bacısı ilə yeni mahnılar, duetlər ərsəyə gətirəcəyini də bildirib.

“Əqrəbim bu əsərə xüsusi sevgi ilə yanaşır. Matana tövsiyyə vermək olmaz, o özü möhtəşəmdir, başqa bir aləmdir, fitri istedaddır. Əksinə bir çox şeydə o mənim yanımda olub, mənə kömək edib. Şeir seçimində də, musiqilərimi də demək olar ki, ilk o dinləyib, fikir bildirib, o deyib ki, “ya olsun, ya da olmasın”. Matana tövsiyyəm odur ki, mənim sözümü yerə salmasın, arada-bir oxusun. Tək oxusun, mənimlə oxusun, yetər ki, oxusun. Oxuyacaq da İnşallah, ifasında gözəl nəğmələr olacaq, eşidəcəksiniz. Tək də oxuyacaq, mənimlə də gözəl duetləri olacaq” deyə sənətkar bildirib.

“Bacınız Matanın xarici görüşünü sizə bənzəyir, bəs başqa hansı xüsusiyyəti, xasiyyəti eynilə sizdə olduğu kimidir?” bu suala isə Xumar Qədimova belə cavab verib.

“İstedadı, düzgünlüyü mənə çox oxşayır. Cəfakeşdir, sahiblənəndir, o məndən daha çox cəfakeşdir. Çox cəhəti mənə oxşayır, amma oxşamayan cəhətləri də həddindən artıq çoxdur. Elə cəhəti var ki, tam fərqliyik” deyə sənətkar bildirib.





up