Meksikada baş verən olay eşidənləri xeyli təəccübləndirib.
AZİNFORM.AZ xəbər verir ki, Meksikanın San Pedro Huamelula şəhərinin bələdiyyə sədri Viktor Hüqo Sosa toy mərasimi ilə kiçik timsahla evlənib.
Şəhərdə bələdiyyə sədrlərinin timsahla evlənməsi ənənəsi 100 ildir ki, qorunub saxlanılır. Əhali bunun şəhərə bərəkət gətirəcəyinə inanır.
Bələdiyyə sədri ilə evlənən timsahın "ana təbiət"i təmsil edən "tanrı" olduğu bildirilir.
Toy mərasimindən fotoları təqdim edirik: