Bakının Yasamal rayonunda satılan rəngarəng cücələr alıcıların marağına səbəb olub. Kimi çəkib sosial şəbəkədə paylaşır, kimi də alıb evinə aparır.
AZİNFORM.AZ-ın Baku TV-yə istinadən məlumatına görə, cücələrin satışı ilə məşğul olan şəxs şifahi olaraq qeyd edib ki, qiyməti iki manat olan bu bir həftəlik cücələrin rəngi böyüdükcə gedir və digər ev quşlarından fərqlənmir. Buna görə də onların insan sağlamlığına heç bir ziyanı yoxdur.