AZİNFORM.AZ xəbər verir ki, alimlər müayinələr nəticəsində nikbinliyin insan ömrünü 5,4% faiz, yəni orta hesabla 4,4 il artırdığı qənaətinə gəliblər.
İdmanın sağlamlıq üçün vacib olduğu mövzusunda əksəriyyətin həmfikir olduğunu və müntəzəm idmanın insan ömrünü 0,4-4,2 il uzatdığını xatırladan elm adamları nikbinliyin də idman qədər faydalı olduğunu və ömrü artırdığını vurğulayıblar.