Qağayı ovunu vəhşi təbiətdə tutdu və yeməyini anakonda kimi yedi. Həmin anlar kameraya düşüb. Heç kim qağayıların bu qədər qorxulu ola biləcəyini bilmirdi. Vəhşi təbiətin daha bir nümunəsi...
Azinform.az bildirir ki, kameralara tuş gələn qağayı vəhşi üzünü nümayiş etdirib. Bu gün simitlə qidalanan qağayı bu dəfə təbiətdə ovunu tutub. Anakonda kimi o da ovunu bir hərəkətlə udmağı bacardı. Mobil telefon kameralarına düşən görüntülər sosial şəbəkələrdə yayılıb. Budur o anlar...
İstanbulda çoxlu əhalisi olan qağayılar adətən bərə ilə səyahət edən insanların atdığı simitlərlə qidalanır. Lakin bu dəfə qağayı simit əvəzinə diri ət yeməyə üstünlük verib. Təbiətdə gəzən dələni qağayı yaxalayıb və bir anda yeyib.
Həm ət, həm də ot yeyə bilən heyvan növlərindən biri olan qağayı dələni tutaraq anakonda kimi bir anda udub. Vəhşi görüntülər həmin an avtomobildə oturan şəxs tərəfindən mobil telefon kamerası ilə lentə alınıb. Qağayının yeməyini udaraq hadisə yerindən uzaqlaşması diqqət çəkib. Sosial şəbəkələrdə yayılan görüntülərin altında o, "Qağayıya simit atanda diqqətli olun, barmağınıza ilişib qala bilərsiniz!" və "Artiq simit kəsmir" şərhləri gəldi.