İnanılmaz, amma həqiqətdir; "Yer üzündə ölməz məxluq tapıldı" - VİDEO
19-11-2023, 00:23

Yer üzündə ölməz məxluq tapıldı. O ölməz məxluqlar ölümün nə olduğunu bilmirlər...
Okeanlarda yaşayan maraqlı canlı, az qala ölməz meduza olan Turritopsis elm aləmində böyük maraq doğurur. Qara dənizdə meduza populyasiyasının çoxalmasından sonra o ölməz canlılara maraq yarandı.
AZİNFORM.AZ  bildirir ki, Dr. Mert Çağrı Bakırcı bu ölməz meduza növü haqqında məlumat verdiyi video yayımlayıb. Bu videoda o, ölməz meduza adlanan Turritopsis dohrnii haqqında maraqlı faktı açıqlayıb. 
Turritopsis dohrni demək olar ki, bütün okeanlarda rast gəlinən meduza növüdür. Bir çox digər hidrozoanlar kimi onlar da həyatlarına planula adlanan sərbəst üzən sürfələr kimi başlayırlar. Planula sürfələri böyüdükdə dəniz dibinə lövbər salır və polip mərhələsinə keçir. Bu poliplər getdikcə böyüyür və sonra qırılan parçalar meduza adlanan yetkin formalara çevrilir. Digər meduzalar kimi onlar da bu mərhələdə qalır və ölənə qədər bu formada yaşayırlar.
Bununla belə, Turritopsis dohrni digər meduzalardan fərqli olaraq qeyri-adi bir xüsusiyyət nümayiş etdirir. Çox qocaldıqda və ya xəstələndikdə, yenidən polip mərhələsinə qayıtmaq qabiliyyətinə malikdir. Bu yolla, özünün surətlərini çıxara bilər. Hər bir nüsxə təzə həyatın qapılarını açır, sanki sıfırdan başlayırsan. 
Bakırcı bu meduza növünün həyatını bir insan həyatı ilə nümunə göstərərək, " Bu , 90 yaşındakı bir insanın 10 yaşına dönərək özünün surətlərini yarada bilməsi kimidir" dedi. 
AZİNFORM.AZ






up