Ətrafınıza fikr versəniz görərsiniz ki, bəzi insanlar sərt, kobud davranışları, təbiətləri ilə tez diqqət cəlb edirlər. Astroloqların fikrincə bəzi bürclərin nümayəndələrinin kobud rəftarı ilə üzləşmək ehtimalımız çoxdur.
AZİNFORM.AZ xarici mətbuata istinadən xəbər verir ki, onların bir çox xüsusiyyətləri ətrafdakıları sözün əsl mənasında qorxudur.
Sözügedən bürcləri təqdim edirik:
Şir
Bu bürcün nümayəndələri səs-küyləri ilə məşhurdur. Amansız xarakterə malik olurlar. Şirin bütün xüsusiyyətlərini özündə əks etdirir. Diktatorlar kimi davranır, lider olmaq istəyirlər. Eqoistdir.
Qoç
Qoç bürcü insanları başqalarının hisslərinə laqeyd yanaşır və eqoistdir. Ən önəmli insan özüdür. Kobud və qərəzlidir.
Əqrəb
Əqrəblər qısqanclıqları ilə tanınırlar. Qarşısındakının 7 qatından keçən cümlələr qura bilər. Qəfil əsəbiləşir və tez sakitləşirlər. Həddən artıq sərt reaksiyalar göstərə bilərlər. Etdiyiniz pislikləri heç vaxt unutmur və kinlidir. Sevmədiyi insana qarşı acımasızdır. Sevmədiyi insanların uğursuzluqları onları xoşbəxt edir. Eqoistdir.
Oğlaq
Oğlaqlar paxıl və duyğusuzdur. Sosial həyatda demək olar ki, təkdir. Bədbin və ehtiraslıdır. Görünüşə, pula, nüfuza çox çox əhəmiyyət verirlər.
Dolça
Dolçara gəldikdə isə, bu bürcdən olanlar tərs və sərtdir. Hisslərini bəlli etməzlər. Qarşındakı insanı inandırmaq üçün hər şeyi edər, eyni zamanda daim narahat və utancaqdırlar. Hər kəsdən vacib və ən əhəmiyyətli şəxs özüdür. /baku.ws/
AZİNFORM.AZ