Ən qısqanc və paxıl bürclər bunlardır - SİYAHI
12-05-2023, 01:01

Mütəxəssislərin fikrincə, paxıllıq insana xas olan cəhətlərdən biridir. İnsan paxıl doğulmur, bu hiss sonradan yaranır.

Astroloqlar bürclərin nəyi qısqandığını və necə paxıllıq hisslərini biruzə verdikləri ilə bağlı araşdırma aparıblar.

AZİNFORM.AZ həmin proqnozu təqdim edir:

Qoç bürcü - Həmişə ikili münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Sizi rəqib görsə, hirsli və əsəbi olur. Qoçlar dürüst olduğu üçün hər şeyi sevdikləri ilə paylaşmaqdan zövq alırlar.

Buğa bürcü - Onların qısqanclıq hissi o an hiss olunur. Əldə etmək istədikləri hər şeyə qarşı aqressiv və paxıllıq duyurlar. Bəzən bu o həddə çatır ki, onların yaxınlarını da narahat edir.

Əkizlər bürcü - Şəxsi həyatlarında əkizlərin başqa bir insana o qədər də ehtiyac olmur. İlk baxışda qısqanclıq nəzərə çarpmır. Əkizlər çox pozitiv bürc olduğu üçün qısqanclıq və xoşagəlməz duyğuları açıq şəkildə göstərmək yerinə, gizlədir. Hər zaman şən və pozitivlikdən yana olduğu qısqanclıq duyğuları hiss olunmur. Qəlbi qırılmadığı müddətdə qısqanclıq duyğularını qətiyyən göstərmir, əksinə vecinə olmadığını nümayiş etdirir. Əkizləri sevindirmək çox çətin məsələdir. Əkizlərlə sevgi yaşamaq istəyənlər hər şeydən əvvəl səmimi, mehriban və dürüst olmalıdır.

Xərçəng bürcü - Bürclər arasında ən qısqanc olan Xərçənglər bu hissin əsiridirlər. O qədər paxıllıq duyurlar ki, hətta sevdikləri insanları da incitdiklərinin fərqində olmurlar. Yaxşı yalan fantaziyaları olur. Paxıllıq onların ikinci adı kimidir.

Şir bürcü - Ərköyün olduğu üçün diqqət gözləyir. Lider ruhlu olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə təmin olmaqlarını gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədiyi üçün qısqanclıq duyğuları açıq şəkildə hiss olunur. Bundan isə stressə düşürlər. Qısqanc olduqları zaman ətrafında olan hər kəsi günahlandıra və pis rəftar edə bilərlər. Onların inamını qazandığınız zaman sarsıtmaq asan deyil. Yəni, səhvlərinizi bağışlaya bilirlər.

Qız bürcü - Qısqanclığa qapıldığı zaman depressiyaya düşür və küsəyən olur. Ətrafındakı insanları sərt şəkildə tənqid edirlər.

Tərəzi bürcü - Onlar son dərəcə şən həyat sürməyi sevdikləri üçün qısqanclıq duyğusu bəlli edilməyən duyğularıdır desək yanılmarıq. Kişi Tərəzilər daha sadə və təmkinli olur, paxıllıq hissindən uzaqdırlar. Amma qadınlar üçün paxıllıq hissi dəhşətli intiqam alətinə çevrilə bilər.

Əqrəb bürcü - Qısqanclıq əqrəb bürcünün yaşam tərzidir. İnsanlarla münasibətlərdə siyası davranışlar sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da, güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah və ürəyitəmiz olurlar.

Oxatan bürcü - Adətən bu bürclər qısqanc deyil. Dəyişkən xarakterə malik olduğu üçün qısqanclıq hissləri baş qaldırdığı zaman nə cür hərəkət edəcəklərini bilmirlər. Qısqanclıq hislərini ciddi cəhdlə gizlətməyə çalışsalar da, bacarmırlar. Qısqanc oxatan bürcünü sakitləşdirməyin ən yaxşı yolu onu anlamaqdır.

Oğlaq bürcü - Onlar lider olmağı sevdikləri üçün geridə qaldıqları zaman qısqanc olurlar. Sevgidə etibar hissləri çox zəifdir, Oğlan qadınla münasibət çətindir.

Dolça bürcü - Digər bürclərlə müqayisədə dolçalar demək olar ki, qısqanclıq hiss etmirlər. Onlar qısqanclıq səhnələrinə sərf edilən vaxtı başqa məşğuliyyətlərlə əvəz etməyin tərəfdarıdır. Özləri qısqanc olmadığı üçün başqalarının qısqanclıq hisslərini başa düşmür və mənasız hesab edirlər. Onlara qarşı qısqanc olmadığınız müddətdə münasibətləriniz normal və qaydasında gedəcək.

Balıq bürcü - Qısqanclıq balıq bürcləri üçün ən zərərli duyğulardan biridir. Balıqlar elə paxıllıq hissi duyurlar ki, sanki yer üzündə son xoşbəxtlik qırıntısını kimsə onlardan alıb və bir daha verməyəcəkmiş kimi davranırlar. Sevdiyi insanlara hər zaman sahib çıxdıqları üçün qısqanclıq onları rahat buraxmır. Azadlıqlarına düşkün insanlar olurlar. Özlərini güvəndə hiss etdikləri zaman qısqanclıq və paxıllıq hissindən uzaqdırlar. /metbuat.az/





up