Telefon şarj olunarkən edilən səhvlər
23-05-2023, 12:50
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Telefonu enerji ilə doldurarkən bir çox səhvlər edilir.

AZİNFORM.AZ xəbər verir ki, əgər smartfon gec şarj olunursa, deməli, cihazınızda müəyyən problemlər var.

Həmin problemləri təqdim edirik:

Elektrik yuvasının mütləq işlədiyini yoxlayın. Hər şey qaydasındadırsa, o zaman telefonu “notebook”dan doldurmağa çalışaraq, adapteri yoxlayın.

Bu problem həm də telefonunuzun doldurulması zamanı istifadə etdiyiniz kabelin nasazlığından da yarana bilər. Başqa bir kabel sınayın.

Şarj konnektorunun tıxanması səbəbi ilə də problemin baş vermə ehtimalı da var. Bu vəziyyətdə konnektor təmizlənməlidir.

Problem yuxarıda göstərilən üsullarla həll edilmirsə, o zaman xidmət mərkəzinə müraciət edilməlidir. /lent.az/






© 2021 «Azinform.AZ». Bütün hüquqlar qorunur
Azərbaycanda və dünyada baş verən ən son hadisələr, günün siyasi, iqtisadi, sosial, hərbi xəbərlərini, idman və mədəniyyət yeniliklərini Azinform.AZ-dan oxuyun.
   
   
   
   
   
Email:azinform2021@gmail.com
Mob: +99450 321 51 68

up