Bu 4 bürc tezliklə yaxşı xəbərlər alacaq - Astroloqlar
13-05-2023, 01:23

Astroloqlar 2023-cü ilinin may ayında 4 bürcün yaxşı xəbərlər alacağını açıqlayıb.

Astroloqlar bildirib ki, bu yaxınlarda bu bürcün nümayəndələrinin həyatında sürprizlər gözlənilir.

Qoç

Qoç bürcü olanlar analitik düşüncələri ilə dünyanı dəyişdirməyə belə qadirdilər. Astroloqların sözlərinə görə, qoçların bir sıra arzuları ayın sonuna qədər gerçəkləşəcək.

May ayında bu bürclərin istedadlarını qiymətləndirən və onlara hörmətlə yanaşan insanlarla qarşılaşacaqlar. Həmçinin iş yerində qoçlar rəhbərlərindən xoş sözlər eşidəcəklər. 

Əkizlər

Əkizlər yaxınlarından xoş xəbər almağa hazır olsun. Bu dostlar və ya qohumlar ola bilər. İstənilən halda, onların bu xoş xəbərləri sizə müsbət təsir göstərəcək və sizi karyeranızda, sevginizdə və özünü inkişafınızda yeni nailiyyətlərə sövq edəcək. 

Astroloqlar əmindirlər ki, nəhayət bürcün nümayəndələri üçün rahat və sakit vaxtı gəlib çatıb.

Şir

2023-cü ilin mayında şirlər arzularını həyata keçirə biləcəklər. Çünki maddi rifahları bir xeyli düzələcək. Bu gözlənilməz maddi artımın boş yerlərə getməməsi üçün ən qısa zamanda gələcəyə investisiya qoyulmalıdır. 

Dolça

Dolçalar da gözəl xəbərlər gözləyənlər arasındadır. Onlar may ayında müsbət tendesiyalarla qarşılaşacaqlar. Dolçalar bir müddətdir keçirdikləri ağır iş rejimindən sonra nəhayət rahat istirahət edə biləcəklər. (lent.az)

 AZİNFORM.AZ





up