Mətanətdən bu aparıcılara SƏRT SÖZLƏR: “Qalmaqallı sual verir“
15-04-2023, 20:42

“İnstaqramda yazı yazmağı yeni öyrənmişəm. Sosial şəbəkələrlə elə də aram yoxdur. TikTok-da da varam, amma başım çıxmır”.

AZİNFORM.AZ axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Mətanət Əsədova “Zaurla Günaydın” verilişində deyib. İfaçı sosial şəbəkədəki fəlaiyyətindən danışıb. M.Əsədova daha sonra aparıcıları tənqid edib.

“Hər aparıcı müğənnini oxutdura bilmir. Heç kim inciməsin. Aparıcı tək aparıcı yox, musiqini də bilməlidir. Anlayışı olmalıdır. Oxumağın şiddətli yerində durub reklamı verir, sponsordan danışır. Ya da oxuyub oturursan, mahnıdan danışmır, qalmaqallı sual verir. Baxıram, deyirəm ki, Allah, bunu necə ruhsuz yaratmısan” deyə, Mətanət bildirib.







up