İtlərin yuxu görüb-görmədiyi barədə AÇIQLAMA
12-03-2023, 14:46

Heyvanların yuxu görüb-görmədiklərini bilmirik. Lakin tədqiqatçıların onların yuxu görüb-görmədikləri ilə bağlı məlumatları var. İtlər və təbiətdə yaşayan varlıqlar hər zaman tədqiqatçılar tərəfindən araşdırılıb.

Rusiya Kinoloji Federasiyasının prezidenti Vladimir Qolubev RİA Novosti-yə bildirib ki, itlər də insanlar kimi, çox güman ki, adi işləri ilə məşğul olduqları yuxular görürlər.

"Alimlər çoxdan belə qənaətə gəliblər ki, məməlilər də yuxu görürlər. İtlərin də insanlar kimi yuxu quruluşu oxşardır: ev heyvanlarının tez və dərin yuxu fazası var. Ola bilsin ki, bu anda ev heyvanı öz sevimli oyuncağının arxasınca qaçır və ya bir parça şirniyyat üçün sahibinə yalvarır”, - o, deyib.





up