Əbabil dünyanın ən nadir quşlarından biridir.
İslam tarixində adı keçən, Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə şəhərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəlmişdi. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutmuşdular. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb oldu.
Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb oldu. Bu hadisə barədə Qurani-Kərimin 5 ayədən ibarət olan Fil surəsində (105-ci surə) bəhs edilir. Əbabil dünyanın ən nadir quşlarından biridir. Uzunqanadlar fəsiləsinə aid olan Əbabil quşları 16-17 sm bədən uzunluğuna malikdirlər. Görünüşlərinə görə qaranquşa bənzəyirlər. Əbabili qaranquşdan ayıran ən əsas xüsusiyyəti onun bədən quruluşunun daha böyük olması və daha yüksəkdən uçmasıdır. Əbabillər köçəri quşlar sinfinə daxildirlər. Qanadları uzun və qövsvaridir. Sürü halında səs-küy yaradaraq uçurlar. Digər quşlar kimi ayaqları üstündə dik bir şəkildə dura bilməzlər. Ən çox qəhvəyi rəngində olurlar. Gecə-gündüz havada qalarlar. Ömürlərinin 80%-dən çoxunu uçaraq keçirərlər. Uçarkən yatarlar. Belə ki, onların özlərinə xas qanad quruluşları uçarkən eyni zamanda da yatmalarını təmin edir. Bu quşlar yalnız qidalanmaq və nəsil artırmaq üçün yerə enərlər. Bütün canlı növlərindən qaçdıqları üçün çox nadir hallarda görünürlər. Xalq arasında əbabil quşunu görənlərin o il heç bir sıxıntı yaşamayacaqlarına inanılır. Əbabillərin orta ömrü 27 ildir. Həddən ziyadə çevik və həssas olan əbabillər isti iqlim tiplərinin mövcud olduğu yerlərdə yaşamağı sevən quşlardır.
Ən çox Avropa, Asiya və Afrika qitələrində yayılmışlar. Bu quşlar eyni zamanda mövsümi şəraitə görə köç edirlər. Miqrasiya zamanı çox sayda itkiyə məruz qaldıqları üçün bu quşların sayı kifayət qədər azalmışdır ki, buna görə də hazırda Əbabil nadir quş növlərindən biri hesab olunur.
AZİNFORM.AZ