Qələm adamlarının çoxu toy adətlərimizi tənqid edir, bəzənsə, lağa qoyub gülürlər.
Bəs dünya ölkələrində bu adətlər necədir? Bizə qəribə gələn, heyrətimizə səbəb olan, içimizdə gülüş doğuran nələrsə varmı? Gəlin baxaq.
İngiltərə
İngiltərədə nikah mərasimindən əvvəl bəyin dostları onun gözlərini bağlayaraq şəhər kənarında bir yerə aparıb orada qoyurlar. O isə bəy geyimində və pulu olmadan nikahın baş tutacağı kilsəyə vaxtında gedib çıxa bilməlidir.
Polşa
Gəlinlər pul qarşılığında rəqs etməlidir.
İsrail
Toy mərasimində arasında şüşə qırıqları olan parça üzərindən keçmək lazımdır. Şüşələrin qırılması isə xoşbəxtliyə və kədərə işarədir.
Mavritaniya
Gəlinin arıq olması xəstəlik və eybəcərlik sayılır. Qızlar uşaqlıq dövründən başlayaraq yağlı yeməklərlə bəslənib, çəkilərini sürətlə artırırlar. Toydan öncə gələcək gəlinlər kökəlmək üçün xüsusi fermalara göndərilib, yağlı xörəklər, buğda unundan hazırlanmış təamlar və dəvə südü ilə bəslənirlər.
İsveç
Gəlini və bəyi öpmək üçün sıraya düzülürlər. Gəlin dözməyib qaçarsa, qızlar bəyi öpür. Bəy aradan çıxarsa, kişilər gəlini növbəylə öpür.
Borneo
Borneo adasında bəy və gəlinin üzərinə böyük əziyyət düşür. Onlara üç gün ərzinə ayaqyoluna gedib, təbii ehtiyaclarını ödəmək qadağası qoyulur. Əgər tərəflərdən biri bu qaydanı pozarsa, gələcək ailə həyatı möhkəm olmayacaq. Bu, həm də ailədə sonsuzluğa səbəb ola bilər. Gələcək ailənin işini bir az yüngülləşdirmək məqsədilə üç gün ərzində onlara yemək və su verilmir.
Şotlandiya
Toy günü gəlini ağaca bağlayırlar. Toya gələnlər ailə həyatının məşəqqətini onun üzərinə zir-zibil və laxlamış yumurta atmaqla nümayiş etdirirlər.
Bali
Bu adada hamilə qamayan qızla heç kim evlənmək istəmir. Oğlanların valideynləri düşünürlər ki, toyadək hamilə qalmayan qızın sonsuz olma ehtimalı böyükdür və nəsillərini davam etdirə bilməyəcək. Bundan əlavə, Balidə evlənən cütlüklərin hər ikisinin dişləri keyidici olmadan, iti alətlə kəsilir. Bu prosesi həyata keçirmədən gənclərin nikahını heç kim kəsmir.
Kamboca
Kambocanın kreunq qəbiləsində hər bir ata böyüyən qızı üçün daxma tikir. Qızlar bəyəndikləri oğlanları buraya dəvət edib, intim münasibətdə olur, ailə qurmaq istəyib-istəmədiyinə qərar verir. Qız qərarını dəqiqləşdirməyənədək, daxmasından keçən oğlanların sayını-hesabını itirə də bilər. Yalnız hamilə olduğu təqdirdə, ən son görüşdüyü məşuquna ərə gedir.
Pakistan
Bəy gəlinin ailəsi tərəfindən təhqir edilir. Bəy bunlara soyuqqanlı dözürsə, qız evinin cavabı müsbət olur.
Hindistan
Hindistanın bir sıra bölgəsində heyvanlara ərə getmək adəti var. İnanclara görə, əgər qızın ən az bir dişi vertikal yox, horizontal şəkildə bitirsə, o, pələnglərin yeminə çevriləcək. Odur ki, gənc qızları bu bəxtsizlikdən qorumaq üçün heyvanla evləndirirlər. Xoşbəxtlikdən bu evlilik rəsmi xarakter daşıyır. Bundan sonra gəlinlər əsl kişi ilə ailə qura bilərlər.
Vikinqlər
Gəlin namizədlər pulla alınırdı. Yəni, bəy gəlinin atası ilə danışıq aparır və gəlini pulla özünə arvad edir. Buna oxşar bizdə də adət olub: başlıq pulu vermək.
Tayvan
Gəlinin bakirəliyini bəyin dostları və ya yaxınlarından biri pozur. Səbəb: bəy belə cansıxıcı işlə zaman itirməsin.