Dünyanın ən dadlı yeməklərinin adı açıqlandı - SİYAHI
28-12-2022, 11:44

2022-ci ildə dünyanın ən yaxşı ənənəvi yeməklərinin adı açıqlanıb. 

AZİNFORM.AZ xəbər verir ki, siyahıya ümumilikdə 100 yemək daxil edilib.

Siyahıda ilk onluqda Yaponiya, Braziliya, Portuqal, Çin, Tailand, Peru, İran, Türkiyə, İtaliya və İspaniya yer alıb.

Siyahıda ən çox yeməyi olan ölkələr italiya (15), Yaponiya (12), Türkiyə (11), Yunanıstan (10),Çin (8), Peru (7) olub.

Bundan əlavə, 100 ən yaxşı ənənəvi yeməyi olan ölkələr sırasında Braziliya, Portuqal, İspaniya, Fransa, Polşa, ABŞ, Hindistan, İran, Gürcüstan, Meksika və b. da var.

Qonşu Türkiyənin Cağ, şiş, çöp şiş və adana, iskəndər və alinazik kababları, sarma, mantı, dönər, hünkarbəyəndi, tantuni kimi yeməkləri ən yaxşılar sırasında yer alıb.

Siyahıda yer tutan İtaliya yeməkləri arasında daha çox makaron və pizza çeşidləri, qonşu Gürcüstandan isə xaçapuri və xəngəl yer alıb.






up