PANDEMİYADAN SONRA SÜRƏTLƏ QOCALIRIQ – XƏBƏRDARLIQ
7-12-2022, 23:46

Stenford Universitetinin alimlərinin apardığı tədqiqatların nəticəsi qorxu yaradıb.

AZİNFORM.AZ xəbər verir ki, COVİD-19 pandemiyasından sonra yeniyetmələrin beyni sürətlə qocalır.

Alimlər bildiriblər ki, beyinlərinin maqnit rezonans tomoqrafiya şəkilləri araşdırılmış 81 yeniyetmə yaşıdlarına nisbətən 3 yaş daha “qocalırlar”. İştirakçıların psixoloji vəziyyətində də anormallıq müşahidə olunub. Onlar həyəcan və depressiyadan şikayət ediblər.

Alimlərin fikrincə, pandemiyadan sonra ümumilikdə insanlarda sürətlə yaşlanma əlamətləri görünməyə başlayıb.





up