Son zaman daha çox yayılan qripdən BU BİTKİYLƏ qorunun - VİDEO
2-11-2022, 11:52

İtburnu meyvəsinin faydaları saymaqla bitmir. Onun dəmləməsi insan orqanizmi üçün C vitamini mənbəyi, böyrək və sidik yollarını təmizləyən, immuniteti qaldıran bir vasitədir. İtburnu son günlər daha çox yayılan qripdən də qoruyur. Amma çoxumuz itburnunu düzgün dəmləmək qaydasını bilmədiyimizdən, onun içindəki faydalı maddələri itiririk və içdiyimiz itburnu çayının heç bir təsiri olmur.

AZİNFORM.AZ xəbər verir ki, həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu verilişlərin birində bu bitkinin faydaları və düzgün dəmləmə qaydaları haqqında danışıb.

O, vurğulayıb ki, itburnu meyvəsini bütöv yox, doğranmış halda dəmləmək lazımdır. Onu zirinclə birlikdə dəmləmək faydalıdır.

Bu barədə daha ətrflı aşağıdakı videodan izləyə bilərsiniz:





up