Evkaliptin bu faydalarından xəbəriniz var? - FOTO
31-10-2022, 18:33

Evkalipt yarpağı möhtəşəm antiseptikdir.

AZİNFORM.AZ xəbər verir ki. bu bitki barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində məlumat verib.

O, təxminən 1 əsr yaşı olan ən "qoca" evkalipt ağacı ilə fotosunu paylaşaraq faydalı tövsiyələr verib:

"Yarpaqlarını ovuşdurduqca efir yağı və qoxusu ətrafa yayılırdı.

Evkalipt yarpaqlarının dəmləməsini içmək və vanna etmək ginekoloji xəstəliklərin müalicəsində faydası var.

Evkalipt yağı ilə inhalyasiya etdikdə tənəffüs yolları açılır və bronxlar genişlənir.

Evkalipt yarpaqlarındakı efir yağlarından hazırlanan dərmanlardan dəridə olan yaraları, xoraları, yanıq yaralarını sağaltmaq üçün, miozit, radikulit və digər xəstəliklər zamanı ağrıkəsici kimi istifadə olunur".






up