50 ildən çoxdur duş qəbul etməyən kişi çiməndən sonra öldü
26-10-2022, 17:25

Xəstələnməkdən qorxduğu üçün 50 ildən çoxdur ki, duş qəbul etməyi dayandıran iranlı Amu Hacı 94 yaşında dünyasını dəyişib.

AZİNFORM.AZ "Haber Global"a istinadla xəbər verir ki, illərdir çimməkdən imtina edən Hacı bir neçə ay əvvəl təzyiqlərə boyun əyərək çimməyə razı olub.

İranın xəbər agentliyi İRNA Hacının yuyunduqdan qısa müddət sonra xəstələndiyini və dünyasını dəyişdiyini bildirib.

Agentliyin məlumatına görə, Hacının dərisi kir və irinlə örtülüb. Bildirilib ki, o çürük ət yeyir və paslı yağ qabından çirkli su içirmiş.

Qeyd edək ki, Amu Hacı müsahibələrinin birində xəstələnməkdən qorxduğu üçün duş qəbul etməyi dayandırdığını demişdi. Hacı sabun və suya nifrət etdiyini, hətta vanna qəbul etmək fikrinin belə ona fiziki və mənəvi əzab verdiyini bildirmişdi. 





up