Qarışqa fotosu hər kəsi heyrətləndirdi
25-10-2022, 16:41

Texnologiya şirkətinin təşkil etdiyi foto müsabiqədə yarışan "Qarışqa"adlı şəkil böyük marağa səbəb olub .

AZİNFORM.AZ xəbər verir ki, litvalı təbiət fotoqrafı Yevgeniyus Kavaliauskas müsabiqəyə "Qarışqa" fotosu ilə qatılıb. Foto 1-ci yerə layiq görülüb.

Mikroskopik səviyyədə çəkilmiş qarışqa üzü hər kəsi heyrətləndirib.

Qorxu filmi səhnələrini xatırladan şəkil sosial mediada böyük əks-səda doğurub.





up