DİGƏR XƏBƏRLƏR
Qazaxıstanın Narın vilayətinin At-Başinski rayonunda atların çiplənməsi işləri aparılır.
Azinform.az bu barədə yerli KİV-ə istinadla xəbər verir.
Bildirilir ki, bir atın qiyməti 150 manatdır.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, çipləmə prosedurundan keçməyən mal-qara bazara buraxılmayacaq. Heyvan bazarına atları aparan avtomobillər yoxlanılacaq.
Baytarlıq xidmətinin rayon şöbəsinin mütəxəssisləri kənd hökuməti və baytar həkimləri ilə birlikdə noyabrın 1-dək görülən işləri 100 faiz yerinə yetirməyi planlaşdırırlar./publika.az/