Avtomobilimin şüşəsini sındıranlar... - Ülvira Qarayeva
10-09-2022, 23:37

Bir neçə gün öncə avtomobilinin şüşələri sındırılan aparıcı oğrunun tapılmadığını deyib.


Aparıcı AZİNFORM.AZ-a açıqlamasında bu sözləri deyib:


"Avtomobilimin şüşəsini sındıranlar hələ tapılmayıb. Bu işlər bir az çətin açılır. Hadisə olan zaman dərhal polis çağırdıq. Abşeron RPİ-nin tədqiqatçısı hadisəni protokollaşdırıb".


Qeyd edəki ki, aparıcının avtomobilinin şüşəsini yaşadığı məhəllədə sındırıblar. Ülvira Qarayevanın avtomobilindən bir qab qəpik kosmetik vasitələrini və qulaqcığını aparıblar.





up