“Flora ərə gedəndə ərini evinə gətirib, mən isə ondan fərqli olaraq…” – Afət Fərmanqızı
8-09-2022, 23:50

“Flora Kərimova görün, nə qədər yalan danışır… Mənim guya, Rusiyanın hansısa ucqar yerində yazıq vəziyyətdə yaşadığımı bildirir. Ay Flora, sən oliqarx kişinin həyat yoldaşından danışırsan. Xatırlayırsınızsa, yanvar ayında həyat yoldaşımın 200 min dollar borca pul verdiyi adamın qarşılığında onu şərlədiyini dövlət orqanlarına etdiyim videomüraciətimdə bildirmişdim. Araşdırıldı. Həyat yoldaşım da bəraət aldı. Mənim yazıq gündə yaşadığımı düşünən insanlara 200 min dollar borca pul verən adamın həyat yoldaşının niyə yazıq gündə yaşadığını və Moskvanın mərkəzində yaşaya bilmədiyini sual edirəm. Külli miqdarda vəsaiti borca pul verən şəxs niyə Alla Puqoçovayla qonşu olmur ki?! Gözəl həyat yaşayıram. Flora heç də narahat olmasın. Nə vaxt neytral yerdə məhkəmə olar, onda məhkəmə prosesində iştirak edərəm. Beş maddə pozuntusunu vəkilim Ramil Rüstəmov Məhkəmə Hüquq Şurasının nəzərinə çatdırdı. Bununla belə, iş icraata götürüldü. Özü də bilir ki, Binəqədi Rayon Məhkəməsində kimə və nəyə güvənir. O, məni zəif bilirdi. Amma arzusu gözündə qaldı. Mən onun düşündüyü kimi zəif deyiləm. Haqqımı da müdafiə edə bilirəm. Sadəcə ona baş qoşmuram. Bal ayındayam. Flora, sən bu şeyləri bilməzsən. O, Sərxan Kərəmoğlu, Faiq Ağayev, İlhamə Quliyeva, Röya – (Röyadan qorxub şikayətini geri götürdü) sonra jurnalist Ülviyyə Alovlu, mən, daha sonra da Yasamalda bir xanımı məhkəməyə verdi. Hələ bu siyahını uzada da bilərəm. Özünün də tərcümeyi-halında Azərbaycanı Avropa məhkəməsinə verdiyi nəticədə də külli miqdarda avro udduğu qeyd olunub. Bunun ömrü günü məhkəmələrdə keçib. O, belə şeylərdən ləzzət alır. Mən belə şeylərdən uzaq adamam. Yana-yana qalacaqsan. Yaxında da hamınızı sevindirəcəm”.

Yenisabah.az-a danışan Afət Fərmanqızı deyib ki, Flora Kərimova məhkəməyə vermək istədiyi hər kəs üçün Binəqədi Rayonu Məhkəməsinə müraciət edir:“Bu qadın kimə cinayət işi açdırmaq istəyirsə, Binəqədi Rayon Məhkəməsinə müraciət edir. Necə ki, Ülviyyə Alovlunun qeydiyyatı Yasamal rayonunadır, amma Flora Kərimova yenə də Binqədiyə üz tutmuşdu. Sənin arxanda kim dayanır?! Afətin də Moskvanın ucqar yerdə yaşamasını xalq görür. İdarəmdə “Range Rover”im, oliqarx bir kişinin də arvadıyam. Alla Puqoçovayla qonşuyam. Məhkəməyə də gəlmirəmsə, deməli, həkimim icazə vermir. Mən ədalət məhkəməsinə gəlirəm. Neytral bir yerdə məhkəmə edək. Səni orda elə məğlub edərəm ki, özün də şoka düşərsən. Kiməsə arxayın olub Binəqədi Rayonu Məhkəməsinə müraciət edir. O, elə bilirdi ki, sahibsizəm. O, dədəsi falçı olan 60 yaşında rəfiqəsinin ərini içirdib evə salanın küyünə gedir. Yəni, onun “tırkasıyla” bütün bunları edir. O, onu başdan çıxarıb. Mənim vəkilim bildirir ki, Flora Kərimova heç azərbaycanca düz əməlli nə danışa bilmir, nə də ki başa düşmür. Bunların fırıldaqlarına diqqət yetirin. Mənim Bakıdan fevralda gedəcəyimlə paylaşdığım videom vardı. Ona da “Afət fevralda Bakıdan gedir, martda məhkəməyə verək, sonra da Afət Floradan qorxdu və ölkədən qaçdı kimi qələmə verək” deyiblər. Yəni Flora məni 60 yaşlı atası falçı olan müğənninin sözüylə məhkəməyə verdi.Ay Flora, ömrün yetsə məhkəmənin sonunu görəcəksən. Amma ömrünün ona imkan verəcəyinə inanmıram. O biri dünyada mən səni məhkəməyə verəcəm. Mən ailə qurandan ərim daha da varlanıb. Amma o kimə ərə getdisə, ərləri öldü.

Barəmdə mətbuata verdiyi açıqlamada Nəsimi haqqında qəzəl oxuduğuma da toxunub. Nəsimini elə oxumuşam yaxşı eləmişəm. Nəsimi bilər, mən bilərəm, sən kimsən?! Mənə toy üçün müraciət edənlər bildirirlər ki, 81 yaşlı arvadın sənə qarşı və yaxud da digər müğənnilərə jurnalistlərə qarşı bu cür məhkəmə qapıları gəzməyi heç də yaxşı hal deyil. Daha sonra deyir ki, evimi, eşiyimi, maşınımı atmışammış. Bu, belə deyil. Xeyr! Keçən dəfə Azərbaycana gələndə evimə də baş çəkdim, maşınımı da xodladım. Moskvada da maşınlarımız var. Bir “Range Rover”, bir “S-Klass”ımız var. Hələ digər maşınları da demirəm. Floranın anketi boş qalıbsa, gəlsin, qonağımız olsun, şəraitimizlə tanış olsun, həyat yoldaşım Mamed də onu “Qazel”də gəzdirər”. Bu anda müğənninin əri Mamed Nanacanov söhbətimizə qoşulub “”Range Rover” hündürdür, Flora xanım ona minə bilməz, onun üçün “Qazel” yaxşıdır” deyir.Müğənni bildirib ki, onun həyat yoldaşının yanında olmağı hər bir ailəli qadının etdiyi etməli olduğu hərəkətdir:“Mən Flora Kərimovanın dediyi kimi etsəydim, yəni Bakıdakı evimdə otursaydım, yoldaşım da burda çalışsaydı, ərimin məni aldatdığını və ya onun mənimlə gün keçirdiyini deyəcəkdilər. Həyat yoldaşım oraya iş qurmaq üçün gəlmişdi, amma şərləndiyi üçün Bakıda qalmaq istəmədi. Ona görə də Moskvaya qayıtdı. Mən də onunla gəldim. “Yuxarı tüpürürəm bığ, aşağı tüpürərəm saqqal”. Başqa nə etməliydim ki?! Qadının yeri ərinin yanıdır. Flora ərə gedəndə ərini evinə gətirib. Mən ondan fərqli olaraq ərimi evimə gətirmir, onun evinə gedirəm. Bu səbəbdən də Flora çaşır. Çaşmasın! Qadın ərə gedəndə ərinin evinə gedər. Dədə-babalarımızın qanunu budur. Ərimin məni səhrada yaxud villada yaşatması ona bağlı olan bir şeydir. Flora Kərimovanın anketi boş qalıbsa, bizə gəlsin burdakı həyatı ona başa salaq ki, harada yaşadığımızı bilsin”.

Afət Fərmanqızının sözlərinə görə, Rusiyada yaşamaq sürgünlükdürsə, vaxtilə Polşada yaşamaq və ya qızının hazırda Londonda olması da sürgünlük həyatıdır:“Mənim Rusiyada yaşadığımı sürgün kimi qiymətləndirirlər. Floranın qızı Londonda yaşayır. Necə olur ki, bununki didərgin olmur?! Amma mənim qanunla ailə qurmağımı, ərimin yanında olmağımı didərgin düşmək kimi qiymətləndirirlər?! Mənim ailəmə hər kəs şahiddir. Amma onun qızının nikahını heç kəs görmədi. Bu, necə olur?! Bu, necə ikili standartdır ki?! Didərgin onun qızı düşüb. Mən ərə gəlmişəm, ərimin yanındayam, ərim də məni baş tacı edib. Onun qızı sürgündədirsə, mən də sürgündəyəm. Onun qızı ərdədirsə, mən də ərdəyəm. Həm də o vaxt Flora haqqında mətbuat Polşaya qaçdığını yazırdı. Yəqin, ağlı özünə gedib. Onu Xalq artisti İlhamə Quliyeva efirlərdən didərgin salmışdı.Bunlardan başqa açıqlamasında mənim Rusiyada ucqar bir yerində qaldığımı deyir. Onun bütün mal-mülkünü üst-üstə yığsan, mənim həyat yoldaşımın restoranın həyətində mühafizəçilərə tikdiyi evin qiymətinə çatmaz. Yandığından bilmir, nə desin. Ona görə də belə cılız söhbət edir. Onun danışığına baxın… Xalq artistinin səviyyəsinə yaraşmayan şeylər edir. Alla Puqaçova və ya Azərbaycanda digər xalq artistləri onun kimi məhkəmə qapılarını heç gəzər? Bayaq vurğuladığım kimi, onu o biri dünyada məhkəməyə verəcəm. İndidən özünə vəkil tutsun”. Müğənni deyir ki, Flora Kərimova rusdilli olduğundan onu yanlış yönləndirirlər və nəticədə anlaşılmazlıqlar olur:

“Daha sonra haqqımda bildirib ki, guya mənim ona 30 yaşında kişiləri evinə saldığını dediyimi deyir. Onu mən deməmişəm. Yutubda hansısa bir bloger deyib. Başqasının dediyi sözü mənim üzərimə yazmasın. Onu deyənin adı da, soyadı da bəllidir. Mən heç o adamı tanımıram. Bu məlumatı ona səhv çatdırıblar. O da rusdillidir deyə, yanlış anlayıb. Narazıdırsa, peşəsinə əl atıb məhkəmə versin. Məhkəməyə vermək onun peşəsidir. Bəlkə də, onun haqqında bu sözü onu məni məhkəməyə vermək üçün damarına basdığı 60 yaşlı, atası falçı etdirib, mənim üzərimə məsuliyyəti qoyur. Bu, onun köhnə taktikasıdır”. Afət Fərmanqızı bu sözləri ilə Xalq artistinə barışıq əlini də uzadıb:“Flora Kərimova, indiyə qədər cəhd etdiyin bütün pisliklər baş tutmadı. Bunları pislik kimi də görmürəm. Baş tutsaydı, pislik kimi qəbul edərdim. Sənə qarşı kinim yoxdur. Çünki mənə daha da yaxşı piar verdin. Hər müğənniyə də Xalq artisti ilə polemika olması nəsib olmur. Çoxdandır, ölkədən xaricə çıxmırsan. “Bizness-Klass”la biletini alaq. Gəl, buralarda sənə gözəl bir həyat yaşadım. Sənin nəvən kimi qulluğunda durum. Sənə hətta, burda solo konsert də təşkil edərik. Bilirəm ki, bütün bunlar sənin öz fikrin deyil. Öz fikrin olsaydı, 2019-un məsələsini 2022-də qabartmazdın. Ətrafının söz-söhbətinə, küyünə, “tırka”sına getmə. Bizim kimi adamlarla, şəxsən mənim kimi adamla dost olsa uduzmaz. Səninlə nənə bala kimi əl-ələ verərik. Fani dünyadır, 80-nini keçmiş sənətkardır”.

Müğənni sonda fikirlərini belə bitirib:“Məni məhkəməyə verməsinə baxmayaraq yenə də ona hörmətim var. Mənim ona qarşı heç bir kinim yoxdur. Xalq bilir ki, bu işləri edən kimdir? Onun rəfiqələri lap yaxın adamları mənə telefon açıb bildirdilər ki, bu işi kimin vasitəsiylə edir. Elədi, nəticə nə oldu. Bundan sonra da nə olacaq?! Mən rus vətəndaşıyla ailə qurmuşam. Rusiyaya gəlin köçmüşəm. Ölümlü, itimli həyatdır. Sənətinə hörmətim var. Onu qabağa verənlər onu düz yola çəkmirlər. O, mənim mal-mülkümün siyahısını tutub Özü bilir, nəyə eyham vururam. Mənə lazım olsa, ordakı evlərimdən birini sataram. Amma heç ona da ehtiyac olmadı. Bir daha vurğulayıram ki, hamı da həyat yoldaşımı Ufada tanıyır. Onun mal mülkünün gücünə bələddirlər. Belə bir adam necə yazıq günündə yaşaya bilər?!”

AZİNFORM.AZ





up