"Əməliyyatdan əvvəl Dianaya oxşayırdım" - Aparıcı ETİRAF ETDİ
20-05-2023, 19:31

Aparıcı Xoşqədəm Hidayətqızı Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı Diananın fanatı olduğunu etiraf edib.

"Mənim ən sevdiyim qadın Diana idi. Əməliyyatlardan əvvəl məni ona bənzədirdilər. Bir ara bütün geyimlərim də oxşayırdı".

AZİNFORM.AZ bildirir ki, bu haqda "Günaydın, Azərbaycan" verilişində danışan aparıcı özünün onla bənzərliyindən danışıb:

"Amerikadan təsadüfən bir rejissorla görüşmüşdüm. Qalxdı gəldi ki, siz şahzadəyə oxşayırsınız. Əməliyyatdan sonra burun dəyişdi, belə deyil. O qadın öləndə 40 gün yas saxladım, yemək yemədim. Afrikaya belə ona görə getdim. Onun Afrikaya səfərini, uşaqlarla münasibətini izləyirdim".






up