Müğənni ilə aparıcı arasında gərginlik - VİDEO
8-05-2023, 20:35

Müğənni Kəmalə Qaramollayeva ilə aparıcı Cavid Gül arasında gərginlik yaşanıb.

AZİNFORM.AZ xəbər verir ki, Cavid verilişinə dəvət etdiyi sənətçinin xarici görünüşü ilə bağlı gələn qonaqlara, "Kim fikirləşir ki, bu bədən sıfır bədən deyil?", - sualını verib.

Bu sual Kəmalənin xoşuna gəlməyib və o, belə şeyləri sevmədiyini bildirib.

Daha sonra aparıcı müənniyə, "Elə olur ki, hərdən özünü güzgüdə görəndə əsəbiləşirsən?", - sualını verib. Kəmalə, "Məni o qədər çək-çevirə saldınız ki, hətta mən özümdən şübhələndim ki, demək təbii gözəl olmaq olmazmış", - deyərək Cavidə etiraz edib.

Aparıcı ilə müğənninin fikir ayrılığı onlar arasında gərginliyə səbəb olub.

Ətraflı videoda:


/bakupost.az/



up